Moskva naməlum PUA-ların hücumuna məruz qalıb
Hücumu kimin təşkil etdiyi barədə məlumat verilmir
Bu səhər Moskvaya 25-ə yaxın PUA hücum edib. Baza-nın məlumatına görə, onların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, bəzi pilotsuz təyyarələr çox aşağı hündürlükdə uçarkən ağaclara və məftillərə ilişib.
3 pilotsuz təyyarə yaşayış binalarına çırpılıb, bu PUA-lardan biri partlamayan partlayıcı qurğular daşıyırmış.
Rusiya Müdafiə nazirliyi hücumda Ukraynanı günahlandırır: "Kiyev Moskvaya 8 pilotsuz təyyarə ilə zərbə endirib, onların hamısı vurulub".
"Bəlkə də Rusiyanın bütün dronları Ukraynaya hücum etməyə hazır deyil və yaradıcılarına qayıdıb soruşular: "Niyə bizi mülki şəxslərə hücum etməyə göndərirsiniz?" - Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Moskva və Moskva vilayətində pilotsuz təyyarə hücumu haqqında.