Suriya Rusiyadan Bəşər Əsədi və onun yaxınlarını tələb edir
Bu barədə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əl-Şaraa Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşdə danışıb

“Yeni Şafak” xəbər verir ki, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əl-Şaraa Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla danışıqlar zamanı Rusiyadan devrilmiş Bəşər Əsədi və onun ən yaxın adamlarını təhvil verməsini istəyib.
Xatırladaq ki, Rusiya nümayəndə heyəti Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyanın yeni lideri Əhməd Şara ilə görüşüb.