
ABŞ ordusu husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
ABŞ qüvvələrinin həyata keçirdiyi hava hücumları, husilərin nəzarətində olan Səna şəhəri və digər bölgələri, o cümlədən Saada, Əl-Beyda və Rada şəhərlərini hədəf alıb.
Bildirilib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq, düşmənləri çəkindirmək və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyan bir sıra dəqiq zərbələri əhatə edir.
31 nəfər həlak olub. 101 nəfər yaralanıb. Bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.