Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı
Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib
Müharibə dövründə Ukraynada 7 min dinc sakin ölüb. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib. Onun sözlərinə görə, Ukraynada ötən ilin fevral ayından indiyə qədər 11 mindən çox mülki vətəndaş xəsarət alıb, milyonlarla insan evlərini tərk etməli olub.
Bu dövr ərzində təxminən 7,9 milyon Ukrayna vətəndaşı Avropa ölkələrinə sığınıb.