XƏBƏRLƏR / Münaqişə

İrandakı etirazlarda iki məşhur aktrisa həbs edildi FOTO

Onlar hökumət əleyhinə fəaliyyətdə ittiham olunurlar

İrandakı etirazlarda iki məşhur aktrisa həbs edildi FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranlı məşhur aktrisalar Hengame Qaziani və Kataion Riahi həbs ediliblər. Onlar ölkənin ruhani idarəsinə qarşı etirazçılara dəstəklərini göstərərək başı açıq şəkildə ictimaiyyət qarşısına çıxdıqlarına görə saxlanılıblar. Buna görə onlar hökumət əleyhinə fəaliyyətdə ittiham olunublar.

    Mənbənin məlumatına görə, sosial şəbəkədəki paylaşımında 52 yaşlı Qaziani çadrasını çıxarıb. "Euronews türkcə"də yer alan xəbərə görə, məşhur aktrisa bu şəklin altında “Bu, bəlkə də son yazım olacaq. Bundan sonra başıma nə gəlsə də, son nəfəsimə qədər İran xalqının yanında olacağam” ifadəsini işlədib. Məşhur aktyor ötən həftə etdiyi paylaşımda İran hökumətini “uşaq qatili” adlandırıb.

    Qeyd edək ki, hər iki aktrisa çoxsaylı mükafatların laureatlarıdır. 

    Henqame Qaziani

    Katayun Riahini Azərbaycan tamaşaçısı 2008-ci ildə yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazı ilə tanıyır.

    Xeyriyyə təşkilatlarına dəstəyi ilə tanınan və İranın bir çox beynəlxalq mükafatlara layiq görülmüş filmlərində rol alan 60 yaşlı aktrisa sentyabr ayında mərkəzi ofisi Londonda olan İranın müxalifət televiziya kanalına hicabsız müsahibə verib.

    Məşhur aktrisa Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərə dəstək verib.

    Bu iki kino aktrisası və ictimaiyyətə yaxşı tanınan 8 nəfər barəsində sosial şəbəkələrdə “təxribat xarakterli” paylaşımlara görə prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilib.

    Kino aktyorları Mitra Haccar və Baran Kosari və Tehranın “Persepolis FC” futbol komandasının məşqçisi Yəhya Qolməhəmmədi də araşdırılan məşhurlar arasındadır.

    Beynəlxalq festivallarda İrana mükafatlar qazandıran məşhur rejissorlar Məhəmməd Rəsulof və Cəfər Pənahi də həbs olunan məşhurlar arasındadır.

    Xadırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən "çadraya əməl etmədiyi üçün" saxlanıldıqdan sonra sentyabrın 16-da xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkə rəhbərliyinə qarşı etirazlara səbəb olub.

    Katayun Riahini