Avropa İttifaqı Rusiyaya qarşı sanskiyaları uzatdı
Bu haqda Reuters məlumat verib

Brüsseldə keçirilən toplantıda Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanskiyaların uzadılmasına qərar verib.
Bu haqda Reuters məlumat verib.
“Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanskiyaları uzatmaqla bağlı razılığa gəlib”, - deyə məlumatda qeyd olunur. Qərarın təfərrüatları açıqlanmır.
İclasdan qabaq Avropa İttifaqının ali dipllomatı Kaya Kalla, ABŞ prezidentinin ortaya qoyduğu mövqeyi alqışlayaraq, onun Ukrayna ilə barışıq sazişinin bağlanması məqsədilə Rusiyaya təzyiqlər göstərməsini təqdir etmişdi.