Sülhməramlıların yeddi avtomobil aksiya ərazisindən keçdi
Onların keçidinə sərbəst şərait yaradılıb
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus yeddi avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Xankəndidən gələn beşi yük, ikisi isə minik avtomobili olmaqla yeddi nəqliyyat vasitəsi Laçın istiqamətinə gedib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.