Kursk vilayətində nə baş verir? Putinin cavabı VİDEO
Kiyev mənbələri Ukrayna ordusunun vilayətdə bir neçə yaşayış məntəqəsini ələ keçirdiyini yazır
15:50
Rusiya Prezidenti Vladimir Putin Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edib.
VİDEO
“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”.
TASS-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: "Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.
Toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.
***
Rus "Telegram" kanalları Kursk vilayyəti ərazısində ən azı dörd yaşayış məntəqəsinə nəzarətin itirilməsini təsdiq edir.
Söhbət Daryino, Sverdlikovo, Qoqolevka və Qonçarovkadan gedir. Həmçinin Sudja əhalisinin demək olar ki, tamamilə təxliyə edildiyi, Ukrayna PUA-larının Voronej və Kursk vilayətlərinə zərbə endirdiyi bildirilir.
Çeçenlərdən ibarət "Axmat" silahlı birləşməsi vilayətdə olan mövqelərini tərk etdiklərini söyləyirlər.
Sözün düzü, Kurskda nə baş verdiyi aydın deyil. Ukrayna və Rusiya mənbələri bir-birinə zidd olan məlumatlar yayırlar. Bir şey dəqiqdir ki, Ukrayna silahlı qüvvələri müharibəni Rusiya ərazisinə keçirməyə müvəffəq olub.