“İran 4 ayrı cəbhədə İsrailə qarşı fəaliyyət göstərir"
Bunu İsrail ordusunun sözçüsü Daniel Haqari bəyan edib
İsrail ordusunun sözçüsü Daniel Haqari İran hökumətini İsrailin əsas düşməni adlandırıb və deyib: “İran hökuməti dörd ayrı cəbhədə İsrailə qarşı fəaliyyət göstərir. Müasir üslubda İran hökuməti Livan, Yəmən, İraq və Suriyanı işğal edib və bu ölkələrdən yalnız İsrailə qarşı deyil, həm də Qərb dünyasının ölkələrinə və günahsız mülki insanlara qarşı müharibə aparmaq üçün istifadə edir”.