Ankara istənilən neqativ ssenarilərə hazırdır
Bunu İran-İsrail münaqişəsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İran-İsrail münaqişəsi ilə bağlı AK partiyasının TBMM Qrup Toplantısında bir sıra ciddi bəyanatlar verib:
- Ankara İran-İsrail münaqişəsi ilə bağlı istənilən inkişafa və mümkün neqativ ssenarilərə hazırlaşıb və hazırlaşır.
- İranın İsraildən gələn quldurluq və dövlət terrorizminə qarşı özünü müdafiə etmək hüququ tamamilə təbii, qanuni və hüquqi cəhətdən əsaslandırılmışdır. Nüvə silahına malik olan və nüvə fəaliyyətində heç bir beynəlxalq qayda tanımayan İsrail danışıqların bitməsini gözləmədən terror aktı törədib.
- Bütün qurumlarımız bu hücumların Türkiyə üçün mümkün nəticələri ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.
- Bölgəmizdəki bütün ölkələr, o cümlədən qonşu İran baş verən hadisələrdən lazımi dərslər çıxarmalıdır.