XƏBƏRLƏR / Münaqişə

İraqdakı aviabazaya hücum edilib, yaralılar var

Bu barədə CNN telekanalı məlumat yayıb

İraqdakı aviabazaya hücum edilib, yaralılar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İraqdakı Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.

    Bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin sözçüsünə istinadla məlumat yayıb.

    "Biz təsdiq edə bilərik ki, bu gün əl-Əsəd aviabazasına ABŞ və koalisiya qüvvələrinə qarşı raket zərbəsi endirilib", - telekanalın həmsöhbəti bildirib.

    "İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb. Baza əməkdaşları hücumdan sonra dəymiş ziyanı qiymətləndirirlər", - deyə o qeyd edib.

    Hücumun kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, ABŞ rəsmiləri uzun müddətdir ki, İraq və Suriyadakı qoşunlara qarşı hücumlarda İranın dəstəklədiyi qrupları günahlandırır.