Azərbaycan səfirliyinə hücum edən şəxs "ruhi xəstə" imiş
Bunu İran mediası yayıb
Azərbaycan səfirliyinə hücumu törədən şəxs ruhi xəstəxanaya yerləşdirilib. Azərbaycan Respublikası Səfirliyində ölümlə nəticələnən güllələnməni törədən şəxsi müayinə etdikdən sonra məhkəmə-tibb ekspertləri onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və xəstəxanada nəzarətdə saxlanılmalı olduğunu açıqlayıblar. Xatırladaq ki, yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumu nəticəsində bir vətəndaşımız həlak olub, iki nəfər yaralanıb. Məhz bu hadisəyə görə Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb.