Hərbi cani Koçaryanın tərəfdarları Paşinyanı devirir?
Ermənistanın Milli Təhlükəsizlik Xidməti general Qriqori Xaçaturov həbs edib
Ordu generalı, Üçüncü Ordu Korpusunun keçmiş komandanı, general Qriqori Xaçaturov Ermənistanda həbs edilib.
Ermənistan KİV-i xəbər verir ki, general Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Həbsin rəsmi versiyası iki hərbi hissənin ərazisini satılması və dələduzluqdur. Məhkəmə həbs qətimkan tədbiri seçib.
Q.Xaçaturov Ermənistan Baş Qərargahının keçmiş rəisi, rusiyapərəst general Yuri Xaçaturovun oğlu, baş nazir Nikol Paşinyanın siyasətindən narazı olan ordu generallarının bir hissəsinin nümayəndəsidir.
Bəzi erməni KİV-lərinin məlumatına görə, general Qriqori Xaçaturov N.Paşinyan hökumətini devirmək üçün hərbi sui-qəsdin təşkilində ittiham olunur.
Keçən həftə hərbi cani Köçəryanın hakimiyyəti vaxtı Baş qərərgah rəisinin məsləhətçisi işləyən Vladimir Poqosyan Noyan Tapan kanalında fevral aynın sonunadək baş nazir Nikol Paşinyanın deviriləcəyi və hakimiyyətə vətənpərvər qüvvələrin gələcəyini anons etmişdi.