“30 il ərzində erməni işğalı zamanı 3345 azərbaycanlı, o cümlədən 357 uşaq mina qurbanı olub”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə twitterdə yazıb.
O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın minaları nəticəsində 50 azərbaycanlı həlak olub, 238 nəfər isə şikəst olub: “Ermənistan mina təhdidlərinə son qoymalıdır”.