XƏBƏRLƏR / Münaqişə

İsrailin azad etdiyi 1968 fələstinli məhbus evinə qayıdıb

Bu barədə "Əl-Cəzirə" məlumat yayıb FOTO

İsrailin azad etdiyi 1968 fələstinli məhbus evinə qayıdıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin azad etdiyi fələstinli məhbuslar Ramallah və Qəzzaya qayıdıblar.

    Bazar ertəsi "Əl-Cəzirə" xəbər verir ki, İsrail tərəfindən Ofer həbsxanasından azad edilmiş bir qrup fələstinli İordan çayının qərb sahilindəki Ramallah şəhərinə gəlib.

    Bundan başqa, keçmiş məhbusların daha bir qrupu Ramallaha deyil, Qəzza zolağına yollanıb. "The Guardian" xəbər verir ki, bu şəxslər 38 avtobusda Fələstin anklavına aparılıb.

    Bazar ertəsi səhər saatlarında HƏMAS tərəfindən azad edilən 20 girov İsrailə qayıdıb.

    Bazar ertəsi günü İsrailin HƏMAS ilə münaqişənin həlli çərçivəsində həbsdə olan təxminən 1700 qəzzalı və ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinlini azad edəcəyi gözlənilir.