XƏBƏRLƏR / Münaqişə

İsrail İranın Ali Liderinin seçilməsinə imkan vermədi

Bu barədə Fox News xəbər yayıb YENİLƏNİB

İsrail İranın Ali Liderinin seçilməsinə imkan vermədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:07

    Fox News: İsrail Ali Lideri seçmək üçün İran Ekspertlər Şurasının iclasını pozdu  

    Fox News-un məlumatına görə, yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, İsrail yeni Ali Lideri seçmək üçün görüşdüyü İran Ekspertlər Şurasının iclasını raket zərbələri ilə pozub.
    Mənbə bildirib ki, "İsrail Ali Liderin seçkisində səslərinin sayılması zamanı zərbə endirib".


    ***

    15:17

    İran rəhbərliyinin iqamətgahı - mərkəzi qərargah dağıdılıb.

    Bununla bağlı İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

    Bildirilib ki, bu kompleks hökumətin ən yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi iclaslara ev sahibliyi edib.

    Məlumata görə, bu qərargah İranda ən yaxşı qorunan obyektlərdən biri olub.

    Məlumatda deyilir ki, gecə İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarından istifadə edərək, İranın ən yüksək rütbəli şəxslərinin olduğu qərargahı vurub.

    Qərargahda olan İran rəsmilərinin hamısının öldürüldüyü bildirilib.

    Xatırladaq ki, bu günlərdə 88 nəfərdən ibarət Ali Ekspertlər Şurası İranın Ali Rəhbərini seçmək üçün toplaşmalı idilər.

    Eyni zamanda bu gün Tehranda Müvəqqəti İdarəetmə Şurasının üçüncü iclası keçirilib.