XƏBƏRLƏR / Münaqişə

İran Qətəri və BƏƏ-ni vurub

Qətərdə “Əl-Üdeyd” bazası, BƏƏ-də isə “Füceyrə” neft yatağı zərbələrə məruz qalıb

İran Qətəri və BƏƏ-ni vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH regionda ABŞ hədəflərinə 15-ci raket və dron dalğası həyata keçirib.

    Bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Qətərdəki “Əl-Üdeyd” bazası və BƏƏ-dəki “Füceyrə” neft yatağına zərbə endirildiyi ilə bağlı da məlumatlar var.

    "İranın Qətərə hücumları cavabsız qalmayacaq..."

    Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında deyib.

    XİN rəsmisinin sözlərinə görə, hücumlar sadəcə hərbi obyektləri yox, Qətərin bütün ərazisini hədəfə alıb.

    Qeyd edilib ki, hazırda Qətər və İran arasında heç bir əlaqə yoxdur.

    Bundan başqa, ölkədə Mossadın kəşfiyyat şəbəkəsinin mövcudluğu təkzib edilib.