Türkiyə Ordusu 23 terrorçunu məhv etdi
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi “Pençe-Kilit” əməliyyatı bölgəsində törədilən terror aktından sonra İraqın şimalında həyata keçirilən antiterror tədbirlərini gücləndirib.
Nəticədə orada zərərsizləşdirilən terrorçuların sayı 23-ə yüksəlib.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilib ki, İraq və Suriyanın şimalındakı terror hədəfləri qurudan atəş dəstəyi maşınları ilə yanaşı, hava əməliyyatları ilə də vurulub.