Rusiyanın Bryansk vilayətinə hücum olduğu ehtimal olunur
Dünəndən bəri Rusiyanın Ukrayna ilə sərhədində yerləşən vilayətlərində lokal döyüşlər gedir
Rusiyanın Bryansk vilayətində təhlükəsizlik qüvvələri üçün “Edelveys” siqnalı (ümumi toplantı) elan edilib. Vilayətin Sevski, Suzemski, Trubçevski və Klimovski rayonlarında Milli Qvardiya gücləndirilir.
Bryansk vilayətinin Dyatkovo şəhərindəki "Aleksandr" zavodunda anbar yanır.Yerdən tüstü sütunu qalxır. Oradan Bryanska 30 kilometrdir.
Xatırladaq ki, dünən qonşu Belqorod vilayətində naməlum hərbçilər tanklarıın müşayiəti ilə bir neçə yaşayış məntəqəsini ələ keçirib. Bu gün səhər verilən məlumata görə, naməlum hərbçilər vilayəti tərk edərək Ukrayna tərəfə keçiblər. Ukrayna tərəfi hərbçilərlə heç bir əlaqəsi olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın hər iki vilayəti Ukrayna ilə sərhəddə yerləşir.