Əsir-girovluqdan azad edilən azərbaycanlıların sayı
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib
"Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda məlumat verib.
Onun sözlərinə görə, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində erməni əsilli 181 nəfər təhvil verilib.
"Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib", - İsmayıl Axundov bildirib.