XƏBƏRLƏR / Münaqişə

İsrail azı 1000 HƏMAS döyüşçüsünü məhv edib

Bu barədə yerli “Kan” radiosu məlumat yayıb

İsrail azı 1000 HƏMAS döyüşçüsünü məhv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu oktyabrın 7-dən başlayaraq Qəzza zolağından keçən azı 1000 HƏMAS silahlısını məhv edib.

    Bu barədə yerli “Kan” radiosu məlumat yayıb.

    Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

    Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.