XƏBƏRLƏR / Münaqişə

Ermənilər Naxçıvanı atəşə tutdu

Bu barədə Müdafiə Nazirliyindən bildirilib

Ermənilər Naxçıvanı atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.