XƏBƏRLƏR / Münaqişə

İsrailin “Evin” həbsxanasına endirdiyi zərbədə 71 nəfər ölüb

Bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib

İsrailin “Evin” həbsxanasına endirdiyi zərbədə 71 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Tehranın “Evin” həbsxanasına endirdiyi zərbə nəticəsində 71 nəfər ölüb.

    Bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib.

    Onun sözlərinə görə, ölənlər arasında inzibati heyət, əsgərlər, məhbuslar, ziyarətə gələn və ya hüquqi məsələlərlə məşğul olan məhbusların ailə üzvləri və həbsxana yaxınlığında yaşayanlar var.

    Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İranla 12 günlük müharibədə 23 iyun tarixində Tehranın “Evin” həbsxanasına hava zərbələri endirib.