Şərti sərhəddə atışma təhlükəli tendensiyadır
Bu barədə politoloq Fərhad Məmmədov bildirib
"Ermənistan və Qarabağla şərti sərhəddə atışma təhlükəli tendensiyadır...
Və bütün bunlar Münxen görüşü, Aİ missiyasının Ermənistanda peyda olması və Rusiyanın fırtınalı reaksiyasından (Rusiya Federasiyası xarici işlər nazirinin müavininin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə zəngi) sonra baş verir. Ermənistanda istefada olan hərbçilər arasında da hərəkət (general Xaçaturovun həbsi və sonradan azad edilməsi) müşahidə olunur.
Paşinyan öz silahlı qüvvələrinə nəzarət etməlidir, əks halda bu təxribatların nəticələri olacaq. Azərbaycan üçün fərqi yoxdur ki, bu, Ermənistan silahlı qüvvələrindəki rusiyapərəst qrupların təxribatı, yoxsa birbaşa Paşinyanın göstərişidir... Bunlar Ermənistanın təxribatıdır və Ermənistanın hakimiyyəti var və onun adı Nikol Paşinyandır.
Nə isə, gördünüz, Aİ missiyasının işi... Yaxşı, cəsur fransız jandarmları və alman polisləri, işə başlayın, İrəvanda nazirliklərdə ora-bura gəzmək yeri deyil, gedin ərazilərə, monitorinq aparın və işin nəticəsini deyin. Əks halda keçən il hər şey gizli şəkildə edilmişdi, gördükləriniz və yazdıqlarınız barədə bir hesabat belə yoxdur..." -deyə politoloq Fərhad Məmmədov ANS Press-ə bildirib.