XƏBƏRLƏR / Münaqişə

BQXK-nın həkimi güllələndi

Bu barədə "Qızıl Xaç" məlumat yayıb

BQXK-nın həkimi güllələndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqra bölgəsində güllələnib.

    Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.

    "Təcili yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən həlak olub", - məlumatda deyilir.

    Berha xəstəxanaya çatmamış dünyasını dəyişib. Komitə həkimə kimin hücum etdiyini dəqiqləşdirə bilməyib.

    O, 2024-cü ildə vəfat edən BQXK-nın 7-ci nümayəndəsidir.