Ermənistanda "Mülkü Missiya" termininə aldanmaq lazım deyil
Rusiyanın səfiri Boçarnikov: "Aİ Ermənistana göndərdiyi missiyada fransız jandarmaları olacaq"
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Haqqın.az saytına müsahibəsində Avropa İttifaqının Ermənistana (Azərbaycanla sərhədə) göndərdiyi missiyanın "o qədər də mülkü olmayacağını" deyib. Diplomatın məlumatına görə Aİ missiyasının tərkibində fransız jandarmaları olacaq.
Səfir qeyd edib ki, "Mülkü Missiya" termininə aldanmaq lazım deyil. Missiyanın özü isə "Təhlükəsizlik və Müdafiə siyasəti" sahəsində çalışan qurum tərəfindən formalaşdırılır, mülkü siyasət sahəsində çalışanlar tərəfindən yox. Bu missiya ola bilsin ki, müxtəlif hərbi komponentlərlə zənginləşdirilə bilər. Onlar sonra Qarabağ ərazisinə də baş çəkməyə başlaya bilərlər. Bu da onların mandatına tamamilə ziddir və ərazidə yerləşən Rusiya sülhməramlıları və sərhədçilərinə problem yarada bilər. Bu da öz növbəsində bütün reqionun üçün, yəni Cənubi Qafqaz üçün təhlükəsizlik riskləri yarada bilər. Ona görə də burda yad güvvələrə ehttiyac yoxdur."
Bu arada Avropa parlamentinin Fransdan olan deputatı Natalı Luazo bəyan edib ki, Fransa fevralın 20-dən Ermənistanda fəaliyyətə başlayacaq Aİ missiyasının tərkibində səkkiz jandarm göndərəcək.