Kəndlərimizi işğal etmiş ermənilərin başları gicişir
İşğal edilmiş Əskipara kəndinin başçısı İşxan Ağbalyan bildirib ki, kəndlər uğrunda Azərbaycanla döyüşməyə hazırdırlar
Sərhəddəki ermənilər müharibəyə hazırlaşır. Hərbi canilər Robik Köçəryan və Serjik Sarkisyanın tərəftarları Qazax rayonunun 7 kəndini zəbt edən erməniləri qızışdırıb, araya salıblar ki, Ermənistan işğal etdiyi Azərbaycan kəndlərini qaytarmasın.
Bu gün bununla bağlı etiraz mitiinqi təşkil edilib.
Mitinqdə çıxış edən Əckipara kəndinin başçısı İşxan Ağbalyan bunları deyib: “Voskepar (Əskipara - KB) sakinləri 90-cı illərdə döyüşüblər və indi də öz torpaqları, vətənləri uğrunda döyüşməyə hazırdırlar. Azərbaycanla sərhəd Voskepar sakinlərinin evlərinin astanasından, onların həyətlərindən keçməməlidir. Sərhəd təmas xəttinin olduğu və erməni əsgərlərinin dayandığı yerdə keçməlidir”, - deyə sərhəd kəndinin başçısı İşxan Ağbalyan bildirib.