Ukraynada azərbaycanlılar həlak oldu
Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Rövşən Tağıyev xəbər verib
Ukraynanın Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində azərbaycanlılar həlak olublar.
Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Rövşən Tağıyev xəbər verib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin tankı ərazidən keçən yük maşınına atəş açıb.
Nəticədə Azərbaycan vətəndaşları - 1992-ci il təvəllüdlü Orxan Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Qədirli hadisə yerində həlak olublar.
Məlumata görə, ölən həmyerlilərimiz Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləridir.
Onlar Ukraynada kənd təsərrüfatı ticarəti ilə məşğul olublar.