XƏBƏRLƏR / Münaqişə

Xarici diplomatlar İranı və İsraili təcili tərk edirlər

Bu, İranın İsrailə gözlənilən hücumu və Yaxın Şərqdə böyük savaş etimalı ilə bağlıdır

Xarici diplomatlar İranı və İsraili təcili tərk edirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hollandiya ehtiyat tədbiri olaraq aprelin 14-də Tehrandakı səfirliyini bağlayacaq.

    Həmçinin, "Bild"in öyrəndiyi kimi, İranın İsrailə hücumu təhlükəsi ilə əlaqədar Almaniya səfirliyi əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər. Almaniyanın Tehran və Tel-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

    Bu arada Qətər, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı öz vətəndaşlarını İsraili tərk etməyə çağırıb.

    İranın hücumu üçün iki əsas variant nəzərdən keçirilir: İsraildə və ya onun hüdudlarından kənarda konkret hədəfə hədəflənmiş zərbə və ya İsrail ərazisinə irimiqyaslı raket hücumları.

    Xəbər verilir ki, “Air France” və “Lufthansa” mümkün potensial eskalasiya fonunda İranın hava məkanında uçuşları dayandırıb.