XƏBƏRLƏR / Münaqişə

İraqda kazarmaya hücum olub

Ölən və yaralananlar var

İraqda kazarmaya hücum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İŞİD terrorçularının törətdiyi iddia edilən hücumda 3 İraq əsgəri ölüb, dördü yaralanıb. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

    Terrorçuların Vadi ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 hərbçini öldürüb, 4 əsgəri yaralayıb.