XƏBƏRLƏR / Münaqişə

Ordumuzun mövqeləri yenidən atəşə tutuldu

Müdafiə Nazirliyi xəbər verir

Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.