İsrail ordusu: Şeyx Nəsrullah ölüb! "Hizbullah": Şağdır!
"Hizbullah" bəyanat yaydı
13:05
Həsən Nəsrullah İsrailin iri raket hücumundan sağ çıxıb.
Bu barədə "Hizbullah" bildirib.
Livanın şiə siyasi partiyası və yarımhərbi təşkilatının nümayəndələrinin sözlərinə görə, Nəsrullah yaralanıb, lakin həkimlər onu xilas edə biliblər. Onlar əlavə ediblər: "Hizbullah" tezliklə rəsmi bəyanat yayacaq və orada Nəsrullahın vəziyyəti və bu gecə baş verənlər barədə danışacaq.
***
12:48
İsrail ordusu "Hizbullah" liderinin qətlinin təfərrüatlarını açıqlayıb:
"Dəqiq kəşfiyyat məlumatları əsasında hərəkət edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun Dahiya rayonundakı yaşayış binasının altında yerləşən "Hizbullah"ın yeraltı mərkəzi qərargahına hücum edib.
Hücum "Hizbullah"ın ali rəhbərliyinin İsrail Dövləti vətəndaşlarına qarşı terror fəaliyyətini koordinasiya edən qərargahında olduğu vaxt baş verib".
İsrail ordusunun mətbuat xidməti "Hizbullah" lideri Həsən Nəsrullahın məhv edilməsi əməliyyatının “Yeni Nizam” adlandırıldığını bildirib.
***
Həsən Nəsrullah ölübsə və bu xəbər təsdiqini tapıbsa, "Hizbullah"ın hərbi iyerarxiyasında cəmi bir komandir qalıb - "Bader" birləşməsinin rəhbəri Abu Əli Rida.
***
11:49
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah İsrailin Beyrutdakı "Hizbullah" qərargahını vurmasından sonra əlaqəyə çıxmır - Reuters-in mənbəsi.
İsrail ordusu "Hizbullah" lideri Nəsrullahın ləğv edildiyini açıqlayıb.
İran mənbələri isə Nəsrullahın sağ-salamat olmasını və təhlükəsiz yerdə olduğunu deyirlər.
Şayiələr get-gedə çoxalır və onlardan biri də Nəsrullahla birlikdə SEPAH-ın "Əl-Qüds" Qüvvələrinin lideri İsmayıl Qəninin də həlak olmasıdır.
İndiyə qədər hər halda Həsən Nəsrullahın əmisi oğlu və "Hizbullah"ın icra şurasının rəhbəri vəzifəsində çalışmış və ən çox adı çəkilən Qasım Süleymaninin kürəkəni şeyxin ehtimal varisi olduğu Haşim Safi əd-Dinin ölümü etibarlı şəkildə təsdiq edilmişdir. Nəsrullahın qızı Zeynəbin də cəsədi Dahiyadakı bunkerin dağıntıları altında tapılıb.
Qeyd edək ki, Nəsrullah 1992-ci ildə İsrail qüvvələri onun sələfini öldürdükdən sonra "Hizbullah"a rəhbərlik edib.