Cermukda Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərliyi altında respublikanın xaricdəki səfirlərinin işçi görüşünün təfərrüatları bu gün açıqlanıb. Baş nazir Nikol Paşinyan səfirlərlə söhbət zamanı Ermənistanın xarici siyasət prioritetlərinə, mövcud çağırışlara və onların həlli imkanlarına toxunub, hazırkı şəraitdə diplomatlardan gözləntilərindən danışıb. Nikol Paşinyan sualları da cavablandırıb. Diplomatlar daha sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Qarabağ probleminin həlli, Laçın dəhlizinin baölanması, sərhədlərin təhlükəsizliyi və demarkasiyası məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı həmçinin, regionda iqtisadi və nəqliyyat kommunikasıyalarının açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, eləcə də Ermənistan Respublikasının xarici siyasət prioritetləri ilə bağlı digər məsələlər kontekstində davam edib.