İran: Zorakılığın artmasına görə İsrail məsuliyyət daşıyır
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bəyan edib
İran "zorakılığın artmasına və fələstinlilərin öldürülməsinə" görə İsraili məsuliyyət daşıyır - İran XİN.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib ki, İran Fələstin xalqının İsrailin təcavüzündən müdafiə hüququnu dəstəkləyir.
İran Xarici İşlər Nazirliyi: “Öz torpaqlarını və müqəddəs yerlərini sionist rejimin təşkil etdiyi işğal, təcavüz, gündəlik cinayətlər və terrorizmdən qorumaq məzlum Fələstin xalqının təbii və qanuni haqqıdır” deyib.