Rusların avtomobil karvanı Xankəndidən Laçına keçdi
13 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb. 13 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.