Vaşinqton Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib

Vaşinqton Kiyevlə ərazi güzəştləri məsələsini müzakirə edib.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Səudiyyə Ərəbistanında biz ərazi güzəştlərindən danışdıq”, - o deyib.
Rubio qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə düşünməyə çağırır: “ABŞ Rusiyanı Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsinə nəzərdən keçirməyə çağırır və Moskvadan cavab gözləyir”.
ABŞ Dövlət katibi Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb: “Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır”.
Rubio Moskvadan müsbət cavab alacaqlarına ümid etdiyini bəyan edib. ABŞ dövlət katibi bildirib ki, ABŞ Vaşinqtonun Ukrayna münaqişəsində 30 günlük atəşkəs təklifinə Rusiyanın cavabını gözləyir, - Reuters xəbər verir.
Onun sözlərinə görə, Rusiyanın mövqeyi ABŞ üçün hələ ki, aydın deyil.
Rubio mineral sövdələşməni təhlükəsizlik zəmanəti kimi görmədiyini də vurğulayıb.
“Ukrayna üzrə sülh danışıqlarında əsas məsələ gələcək təcavüzə qarşı çəkindirmədir və avropalılar bu prosesdə iştirak etməlidirlər”, - Rubio əlavə edib.