İrəvanda Azərbaycan bayrağı yandırıldı VİDEO

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Bu gün Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib.

    Erməni mediası xəbər verir ki, İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

    Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

    Mühafizəçi həmin şəxsi saxlayıb. Daha sonra içəriyə yeni bayraq gətirilib.