Xankəndidən Ermənistana ikinci yol var?
Ermənilər Xankəndi-Kərkicahan-Xəlfəli-Şırlan-Fingə yolu ilə də hərəkət edirlər
Özünü Qarabağın “dövlət naziri” elan edən Ruben Vardanyan bəzi “qəbuledilməz insidentlər”i sadalayıb. O, deyib ki, bir nəfər Qarabağ sakini bir neçə ton yanacaq əldə edib və onu “operativ qərargah”a deyil, ailə maşınları üçün istifadə edib: “Bu mənim üçün qəbuledilməzdir, əgər benzin əldə edibsə, onu qərargaha verməli idi, çünki biz hamımız bir qayıqdayıq” .
Vardanyan həmçinin “varlı bir ailənin imkanlarından istifadə edərək istirahət üçün getməsindən də narazıdır”.
Sonra o, dükanların sahiblərinin malların öz qohum-tanışlarına paylamasından narazı qalıb.
“Mən onlarla litr bitki yağını alıb evdə saxlayan, sülhməramlılarla yaxud kiminləsə danışıb ərzaq mallarını gətirib camaata baha qiymətə satan adamları başa düşmürəm. Biz hamımız bir qayıqdayıq və hər şeyi aramızda bölüşdürməliyik”. Vardanyan belə deyib.
Bu, Vardanyanın əslində Xankəndidən Ermənistana ikinci yol olmasından fikri yayındırmaq kimi də qiymətləndirilə bilər. Çünki Xankəndidən çıxanda Kərkicahan yolu ilə 3 km-dən sonra Xəlfəli kəndi (Şuşanın kəndidir, hələlik Azərbaycan Ordusunun nəzarətində deyil), 5 km sonra Şırlan kəndidir (Şuşanın kəndidir, hələlik Azərbaycan Ordusunun nəzarətində deyil). Şırlan kəndini qalxandan sonra solda Laçının Fingə kəndindən (bu kənd də hələlik Ordumuzun nəzarətində deyil) Xankəndi-Gorus yoluna çıxır. Bizim etirazçılar isə bu yolun 30-40 km-dədir.
Onu da qeyd edək ki, Sarıbaba yüksəkliyi Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra bütün bu yollara həmin postlardan nəzarət edilir.