"Məqsəd İdlib, Həma, Homs və təbii ki, Dəməşqdir!"
Ərdoğan Suriyadakı mövcud vəziyyəti şərh edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı mövcud vəziyyəti şərh edib:
"Məqsəd İdlib, Həma, Homs və təbii ki, Dəməşqdir. Suriyada müxalifətin yürüşü davam edir. Ümid edirik ki, heç bir insidentsiz davam edəcək", - Prezident deyib.
O, Ankaranın Suriyada nizamlanma perspektivlərini birgə müzakirə etmək üçün Bəşər Əsədə müraciət etdiyini, lakin müsbət cavab almadığını xatırladıb.
“Biz Suriyanın gələcəyini birlikdə müəyyən etmək üçün Əsədə müraciət etdik. Təəssüf ki, bu çağırışa müsbət cavab verilmədi”, - deyə Ərdoğan bildirib.