İranda etirazlar zamanı keçmiş futbolçu öldürüldü
Müctəba Tərşiz və onun həyat yoldaşı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib
İranda davam edən etiraz aksiyaları zamanı daha bir faciəvi hadisə baş verib. Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu Müctəba Tərşiz və onun həyat yoldaşı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
Məlumata görə, Mazandaran əyalətinin Qaemşəhr şəhərindən olan keçmiş futbolçu yanvarın 8-də şəhərdə keçirilən nümayişlər zamanı İslam Respublikasının repressiv qüvvələri tərəfindən xanımı ilə birlikdə güllələnib.
Müctəba Tərşiz müxtəlif illərdə İranın bir sıra tanınmış futbol klublarında çıxış edib. O, “Nəssaci Mazandaran”, “Traktor”, “Fəcr Sepasi” və “Mis Kerman” komandalarının üzvü olub.
Bildirilib ki, öldürülən cütlüyün iki övladı var. Hadisə İran ictimaiyyətində və idman dünyasında ciddi rezonans doğurub. (Independent Persian)
1 dəqiqə