İranda bu günə qədər neçə nəfər öldürülüb? YENİLƏNİB
Bu barədə İnsan Haqları Fəallarının Xəbər Ağentliyi (HRANA) və "Reuters" məlumat yayıb
17:40
İran rəsmisi bu gün Reuters agentliyinə bildirib ki, İranda etirazlar zamanı 2000-ə yaxın insan həlak olub.
Hakimiyyət orqanları iki həftəlik ümummilli iğtişaşları vəhşicəsinə yatırdaraq ilk dəfədir ki, belə yüksək ölüm sayının olduğunu etiraf edir.
İran rəsmisi qeyd edib ki, bu rəqəmə ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxildir.
İranın dini hakimiyyət orqanları ABŞ və İsraili iğtişaşları qızışdırmaqda ittiham edir.
***
11:30
Bu günə qədər İranda etirazlar nəticəsində 646 nəfərin öldüyü təsdiqlənib, onlardan 505-i etirazçı, o cümlədən 9-u uşaq, 133-ü isə hərbçi və polis əməkdaşı olub.
Əlavə 579 ölüm xəbəri araşdırılır.
Bu, ümumilikdə mindən çoxdur. (HRANA)
1 dəqiqədən az