ABŞ Dövlət Departamenti İranın qisasından ehtiyatlanır
Qurum bütün dünyadakı vətəndaşlarına xəbərdarlıq edir və onlara ehtiyatlı olmağı tövsiyə edir

ABŞ Dövlət Departamenti bütün dünyadakı vətəndaşlarına xəbərdarlıq edir və onlara həddindən artıq ehtiyatlı olmağı tövsiyə edir.
Bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir.
“İsrail və İran arasındakı münaqişə Yaxın Şərqdə səyahətlərin kəsilməsi və vaxtaşırı hava məkanının bağlanması ilə nəticələnib.
Xaricdə ABŞ vətəndaşlarına və ABŞ-ın maraqlarına qarşı nümayişlər ola bilər. Dövlət Departamenti bütün dünyada ABŞ vətəndaşlarına daha çox diqqətli olmağı tövsiyə edir”, - bəyanatda deyilir.
Dövlət Departamenti ABŞ vətəndaşlarını səyahəti planlaşdırarkən səyahət tövsiyələrini və ölkəyə aid məlumatları diqqətlə izləməyə çağırıb.