Sülhməramlıların daha 43 avtomobili Laçın yolundan keçdi
Onların maneəsiz keçidinə şərait yaradılıb
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 3 təminat və 6 minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 29 təminat və 5 minik avtomobili də Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.