XƏBƏRLƏR / Münaqişə

Antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 06:27

    İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

    Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

    Bundan əvvəl 8 əsgərin şəhid olduğu bildirilmişdi.

    02:27

    Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 5 əsgər yaralanıb.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

    İlkin məlumata görə, əməliyyatın gedişində 15 terrorçu zərərsizləşdirilib.

    ***

    00:25

    Türkiyə ordusunun altı əsgəri şəhid olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (Türkiyə MMN) məlumat yayıb.

    Bildirilir ki, terrorçuların hücumu nəticəsində İraqda Türkiyə ordusunun 2-si ağır olmaqla 7 əsgəri yaralanıb. Qeyd edək ki, Türkiyə MMN 5 hərbçinin şəhid olduğu, 8-nin də ağır yaralandığını bildirmişdi. Lakin yaralı hərbçilərdən birini xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, toqquşma zamanı 12 terrorçu zərərsizləşdirilib.

    Bölgədə əməliyyat davam edir.