Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 132-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Saat 10 radələrində sülhməramlılara məxsus 5 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.