İrandan 125 Pakistan vətəndaşı təxliyə olunub
Bu barədə Pakistanın Azərbaycandakı səfirli Qasım Mohiuddin məlumat yayıb

İrandan Azərbaycan ərazisi vasitəsilə 125 Pakistan vətəndaşı təxliyə olunub.
Bu barədə Pakistanın Azərbaycandakı səfirli Qasım Mohiuddin məlumat yayıb.
Diplomat bildirib ki, Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə Pakistanın Azərbaycandakı səfirliyi İrandan 125-dən çox ölkə vətəndaşını, o cümlədən Tehrandakı Pakistan səfirliyinin bəzi əməkdaşlarını və onların ailələrini uğurla təxliyə edib:
"Bu gün onlar Bakıdan Lahora təhlükəsiz şəkildə geri göndəriliblər".
Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan təxliyə olunan ölkə vətəndaşlarını qəbul etdiyi üçün Azərbaycana, ölkəmizin Xarici İşlər Nazirliyinə və şəxsən azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Nazir “X” səhifəsində, həmçinin, Azərbaycanın hökumət qurumlarına və Astara sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarına da minnətdarlığını çatdırıb.