19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təxliyə olunan xəstələrin sayı açıqlanıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
"BQXK humanitar neytral vasitəçi olaraq Laçın koridoru boyu 43 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 305 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub, eləcə də səhiyyə qurumlarına dərmanlar çatdırılıb", - deyə o qeyd edib.