Qarabağ erməniləri Bakıya gəlməkdən imtina etdi
Bu barədə separatçıların "Xarici İşlər Nazirliyi" bildirib
Qarabağdakı separatçı anklavın "Xarici İşlər Nazirliyi" Azərbaycanın dəvətinə reaksiya verib
Separatçıların "Xarici İşlər Nazirliyi" bildirib ki, danışıqlar yalnız birinci görüşün şərtləri ilə - Rusiya hərbi kontingentinin vasitəçiliyi ilə eyni yerdə və “humanitar, infrastruktur, texniki məsələlər həddindən artıq siyasiləşmədən” müzakirə edilərək aparıla bilər: Həmçinin qeyd olunub ki, danışıqlar tərəflərin bərabərliyinə dair beynəlxalq təminatlar olduqda aparılmalıdır.
Qeyd edək ki, rəsmi Bakı danışıqların aparılması üçün erməniləri Bakıya dəvət etmişdi.