XƏBƏRLƏR / Münaqişə

Tramp İranı yalan məlumat yaymaqda günahlandırdı

Bunu ABŞ Prezidenti “Truth Social” hesabında yazıb

Tramp İranı yalan məlumat yaymaqda günahlandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın saxta xəbərlər yayan mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.

    Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

    “Onların dedikləri, o cümlədən razılaşmanın əldə edildiyi ilə bağlı zəif və aciz bəyanatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlarla xoş niyyət əsasında danışıqlar aparmaq mümkün deyil”, - ABŞ lideri qeyd edib.

    Eyni zamanda Tramp İranın Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücumunu da pisləyib: “Ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tam dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar özlərini tez bir zamanda ələ almalıdırlar”.