XƏBƏRLƏR / Münaqişə

İDF Əli Laricaninin öldürüldüyünü rəsmən elan etdi

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ölümü barədə rəsmi açıqlama verib

İDF Əli Laricaninin öldürüldüyünü rəsmən elan etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:25

    İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.

    IDF-in açıqlamasında Əli Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.

    Qeyd edilib ki, Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.

    İranda son aksiyalarda etirazçılara qarşı qırğınlara şəxsən Laricaninin nəzarət etdiyi vurğulanıb.

    ***

    14:30

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.

    Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

    Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.

    Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

    ***

    13:03

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.

    Bu barədə “The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

    İsrail Müdafiə Qüvvələrində (IDF) mənbələrin verdiyi məlumata görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.

    İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.

    Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.

    O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək "əhəmiyyətli nailiyyətlər" qeydə alınıb.

    ***

    İsrail Müdafiə Qüvvələri gecə saatlarında İrana hava zərbələri zamanı “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymanini də hədəf alıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

    Məlumata görə, "Tehrana dəqiq zərbə nəticəsində Qulamrza Süleymani məhv edilib".

    Bildirilib ki, zərbə endirilərkən Süleymani “Bəsic”in çadır düşərgəsində olub.

    Bundan əlavə, “Bəsic” komandirinin müavini və digər yüksək vəzifəli rəsmilərin də öldürüldüyü bildirilir.